"Çünki Vətən müqəddəsdir, əzizdir" | Ana Vətən haqqında şeir

Yer üzündə gəzsən bütün qitəni,
Göz oxşasa yeri, göyü, çəməni,
Cani-dildən sevəcəyik Vətəni,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Vətənimin göz oxşayan çölü var,
Dənizi var, meşəsi var, gölü var,
Bu Vətəndə biz olarıq bəxtiyar,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Hər qarışı göz oxşayır Vətənin,
Cənnətidir bu ölkəmiz qitənin,
Göz dağıdır Azərbaycan düşmənin,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Bu ölkəyə oğulları dayaqdır,
Gecə-gündüz səngərdədir, oyaqdır,
Düşmənimiz qısa vaxta qonaqdır,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Millətimdir yer üzünün incisi
İnsanlarıin canların incisi
Azərbaycan bu dünyanın incisi
Çünki Vətən müqəddəsdir, əzizdir.

"Çünki Vətən müqəddəsdir, əzizdir" şeiri

"Çünki Vətən müqəddəsdir, əzizdir" | Ana Vətən haqqında şeir
 

0 şərh